Qeyri-etik hərəkətlər edən şagirdi hansı cəza gözləyir? - Vüqar Babayev

Bakıda məktəbli qıza qarşı edilən qeyri-etik hərəkət xuliqanlıq sayıla bilər.

Bunu Metbuat.az-a açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, tanınmış vəkil Vüqar Babayev deyib. Vəkil bildirib ki, hadisənin motivləri araşdırılmalı, əsl səbəb üzə çıxmalıdır:

"Əgər heç bir motivi yoxdursa, baş vermiş hadisə xuliqanlıq sayılır. Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət nəzərdə tutan 221-ci maddəsi ilə həmin hərəkəti edən şagird məsuliyyətə cəlb oluna bilər".

Qeyd edək ki, sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin IX sinif şagirdi olan qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb.

Görüntülər hüquq-mühafizə orqanları və digər aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb.

Seyranə Quliyeva / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR