Avtoşluq edən Afət Quluzadə saxlanıldı -

Qayda pozuntusu törədərək sosial şəbəkədə paylaşan daha bir şəxs saxlanıldı.

Metbuat.az xəbər verir ki, idarə etdiyi "Land Rover Velar" markalı 99-CN-222 qeydiyyat nişanlı avtomobillə yol hərəkət qaydasını pozaraq bunu sosial şəbəkə hesabında paylaşan Quluzadə Afət Əhməd qızı Baş DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İzahatında törətdiyi əməldən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirən A.Quluzadə barəsində inzibati protokol tərtib edilmişdir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücülərdən bu kimi hallara yol verməmələrini tələb edir və xəbərdarlıq edir ki, belə hallara yol verən şəxslər aşkar edildikdə heç bir istisna olmadan barələrində ciddi tənbeh tədbirləri görüləcəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR