Türkiyə və Azərbaycan arasında mühüm iqtisadi layihələr var - Arzu Nağıyev

"Cənab Prezident İlham Əliyevin Türkiyəyə səfəri çox mühüm əhəmiyyət kəsb edir. Çünki artıq bu ənənə halını alıb. Əsas məqam da ondan ibarətdir ki, İlham Əliyev növbəti dəfə Prezident seçildikdən sonra ilk səfərini məhz Türkiyəyə etdi. Vaxtilə cənab Ərdoğan da prezident seçiləndə məhz ilk səfərini Azərbaycana etmişdi. Məlumdur ki, Türkiyə və Azərbaycan arasında əsas prinsip bir millət, iki dövlət kimi dəyərləndirilir".

Metbuat.az xəbər verir ki, bu sözləri deputat Arzu Nağıyev deyib.

Deputat qeyd edib ki, bu prosesdə, xarici siyasətdə olduğu kimi tək siyasi maraqlar deyil, dostluq, eyni zamanda iki liderin bir-birinə olan münasibəti də öz töhfəsini verməkdədir.

"Bu gün artıq Türkiyə və Azərbaycan arasında iqtisadi cəhətdən çox mühüm layihələr var. Bir-birimizlə elə böyük mübadilə var ki, bu bir çox sahələri əhatə edir. Yol xəritəsi müəyyənləşdirilib. Bu həm bu il, həm də gələcək üçün çox fayda verəcək. Bundan başqa, enerji sahəsində əməkdaşlıq da çox mühüm istiqamətdir. Azərbaycanın Naxçıvan ərazisindən elektrik ixracı, İğdır-Naxçıvan təbii qaz boru kəməri layihələrinin qısa zamanda başa çatdırılması, təhsil sahəsində olan qarşılıqlı layihələrimiz, müxtəlif universitetlərin yaradılması və sair ən böyük layihələrdəndir". Deputat bildirib ki, BMT-nin İqlim Dəyişişikliyi üzrə Konversiyasının tərəflər konfransının məhz Azərbaycanda keçirilməsi, COP29-a Azərbaycanın ev sahibliyi etməsi Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir:

"Türk dövlətləri təşkilatında Azərbaycanın və Türkiyənin birgə iştirakı çox böyük əhəmiyyət daşıyır. Bu gün artıq Kipr Türk Cümhurriyətinin zirvə toplantısına qatılması çox mühüm əhəmiyyət kəsb edir. Şuşa bəyannaməsinin imzalanması ölkələrimiz arasında münasibətləri artıq müttəfiqlik səviyyəsinə çatdırıb. Bir daha dünyaya göstərdik ki, bir millət, iki dövlət olmaqla yanası, biz siyasi və iqtisadi sahədə də bir-birinə dəstək olan dövlətlərik".

Seyranə Quliyeva / Metbuat.az

Deputat Arzu Nağıyev medalla təltif olundu | Tovuzlular.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR