UEFA Avropa Liqasından “Qarabağ”ın uğurları ilə bağlı paylaşım - FOTO

UEFA Avropa Liqası “X” sosial şəbəkəsindəki hesabında Azərbaycanın “Qarabağ” futbol klubu ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, paylaşımda “Qarabağ”ın öz meydanında keçirdiyi son 26 oyunda qələbələri vurğulanıb.

“Qarabağ” öz meydanında keçirdiyi UEFA-nın son 26 oyununun yalnız ikisində məğlub olub”, - UEFA Avropa Liqasının paylaşımında qeyd edilir.

Qeyd edək ki, “Qarabağ” fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında "Braqa"nı qəbul edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR