Metbuat.az-ın fəaliyyətə başlamasından 7 il ötür

Bu gün Metbuat.az müstəqil xəbər portalının 7 yaşı tamam olur.

2017-ci il fevralın 21-də özəl xəbər istehsalına başlayan saytımız, daim peşəkar kollektivlə oxucuların xidmətindədir.

Saytımızda xəbər lenti daim yenilənir, ölkədə, regionda və dünyada baş verən hadisələr oxuculara operativ çatdırılır.

Qarşımıza qoyduğumuz əsas məqsəd, operativ xəbər saytı olaraq daim oxucu kontingentimizi genişləndirmək və artan oxucu inamı ilə bəyənilən, reytinqli xəbər saytlarının arasında sayılıb-seçilən olmaqdır.

Portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən xəbər, müsahibə, reportaj, köşələr dərc olunur.

Hər zaman dövlətçilik prinsiplərindən çıxış edən Metbuat.az çoxsaylı oxucuların etimadını qazanıb. Əsas prinsipimiz, xəbəri faktlara söykənərək doğru və dəqiq çatdırmaq, oxucuları operativ informasiya ilə təmin etməkdir. 7 ildə daim oxucular qarşısında yeni layihələrimizlə çıxış edərək cəmiyyətin mariflənməsi, operativ xəbər tələbatının ödənilməsini təmin etmək üçün var gücümüzlə çalışırıq.

Hazırda Metbuat.az "Facebook", "Twitter", "Instagram" və "Youtube" kimi sosial media platformalarında da təmsil olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR