Messinin dünya çempionluğu haqda film hazırlandı

Lionel Messi və Argentina millisinin 2022-ci il Dünya Çempionatına gedən yolu haqqında sənədli film yayımlanıb.

Metbuat.az xəbər verir ki, layihə "Apple TV" vasitəsilə ərsiyə gətirilib. Artıq filmin ilk fraqmentləri nümayiş olunub.

Leo Messinin "İnter Mayami" ilə müqavilə imzalamasında ən vacib məqamlardan biri MLS və "Apple TV" ilə əməkdaşlıq idi. Media şirkəti bundan istifadə edərək DÇ-2022-nin qalibi olan superulduz və komanda ilə bağlı sənədli film hazırlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR