Ronaldo komandasını 1/4 finala çıxardı

Səudiyyə Ərəbistanının “Ən-Nəsr” və “Əl-Feyha” komandaları arasında Asiya Çempionlar Liqasının 1/8 mərhələsinin cavab oyunu baş tutub.

Metbuat.az xəbər verir ki, oyunda hesabı 17-ci dəqiqədə meydan sahibləri açıblar. Otavio dəqiq zərbə ilə fərqlənib.

Matçın 86-cı dəqiqəsində isə Ronaldo ikinci qolu qonaqların qapısından keçirərək komandasının 1/4 finala çıxışını rəsmiləşdirib - 2:0.

Xatrıladaq ki, ilk qarşılaşmada da “Ən-Nəsr” məhz 39 yaşlı portuqaliyalı hücumçunun qolu ilə minimal hesablı qələbə qazanmışdı (1:0) və komanda iki oyunun nəticəsinə görə (3:0) növbəti mərhələyə adlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR