Bakıya qayıdan Kamil ilk onunla görüşdü - VİDEO

Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılandan sonra dünən sərbəst buraxılan azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı Bakıya qayıdıb.

Metbuat.az-ın məlumatına görə, K. Zeynallı Heydər Əliyev adına Beynəlxalq Hava Limanından ilk olaraq anasının evinə gəlib və onunla görüşüb. Azərbaycan Prezidentinə xüsusi minnətdarlıq bildirən məşqçi bildirib ki, bu qədər tez zamanda Bakıya qayıdacağına inanmayıb.

"Baku TV" Kamil Zeynallının evindən canlı yayıma qoşulub: "Cənab Prezidentə, daxili işlər nazirinə, Baş prokurora, Azərbaycanın Rusiyadakı səfiri Bolad Bülbüloğluna təşəkkür edirəm. Dövlətimiz sağ olsun".

K. Zeynallı qeyd edib ki, Moskvada polis bölməsində saxlayandan sonra onu erməni polis əməkdaşının nəzarətinə veriblər.

Həmin görüntüləri təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı