Mbappe Ardanın planlarını pozdu - "Real"ın qərarı bəlli oldu

Kilian Mbappenin “Real Madrid”ə transfer olması Arda Gülerin heyətə düşməsini daha da çətinləşdirəcək.

Metbuat.az xəbər verir ki, İspaniya mediası Mbappenin transferinin Ardanın icarəyə göndərilməsi ehtimalının artacağını iddia edib. Mbappe ilə yanaşı “Real”a braziliyalı gənc istedad Endrikin də qoşulacağı bildirilib. Bildirilir ki, iki yeni futbolçunun gəlişi təkcə Ardanın deyil Brahim Diazın da heyətə düşməsini çətinləşdirəcək. Lakin “Real” Brahim Diazı əvəzedici futbolçu kimi heyətdə saxlayacaq. Ardanın isə icarəyə göndəriləcəyi irəli sürülür.

“Defensa Central”ın məlumatına görə, “Real” rəhbərliyi Arda Gülerin başqa kluba icarəyə getməsini müzakirə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR