Xocalı rayonu Malıbəyli kəndində əsir və girovların saxlanıldığı tikili aşkarlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə “AzTV Xəbər”in Xocalıya ezam olunmuş əməkdaşı birbaşa bağlantıda məlumat verib. Məlumata görə, dəyirmanın yardımçı binasında erməni vandalizminin izləri aşkar edilib.