Erkən nikaha cəhdin qarşısı alındı - FOTO

Daha bir erkən nikaha cəhdin qarşısı alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat yayıb. O bildirib ki, vətəndaş şikayəti əsasında Beyləqanda 16 yaşlı qızın 42 yaşlı şəxsə zorla ərə verildiyinə dair məlumat araşdırılıb:

"Məlum olub ki,16 yaşlı qızla 37 yaşlı Tərtər rayonu Sarıcalı kənd sakini Həsən (şərti ad) adlı şəxslə aralarında kiçik nişan mərasimi təşkil olunub. Məsələ ilə bağlı azyaşlı və onun valideynləri dərhal Rayon İcra Hakimiyyətinə dəvət olunaraq onlarla profilaktik söhbət aparılıb. Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın üzvləri, o cümlədən rayon Polis şöbəsinin əməkdaşının iştirakı ilə baş tutan görüşdə həm azyaşlı, həm də valideynləri ilə ayrı-ayrılıqda söhbət aparılıb.

Azyaşlı və valideynlərinə qanunvericiliyin tələbləri izah olunaraq, onlara xəbərdarlıq olunub.Onlar əməllərindən peşman olduqlarını bildirərək, qanunvericiliyin tələblərinə əməl edəcəklərini bildiriblər.

Valideyinlərin izahatları alınıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Beyləqan Rayon İcra Hakimiyyətindən verilən məlumata görə azyaşlının ailəsi İcra Hakimiyyətinin və rayon Polis şöbəsinin nəzarətində saxlanılmaqla, təhsilinə cəlb olunması üçün tədbirlərə başlanılıb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR