"Braqa"nı məğlub edən "Qarabağ"ın büdcəsi bu qədər oldu

10 nəfərlik heyətlə Portuqaliyanın "Braqa" klubunu Avropa Liqasından kənarlaşdıran "Qarabağ" büdcəsini daha 1,2 milyon avro artırıb.

Metbuat.az-ın məlumatına görə, 1/8 final mərhələsinə vəsiqə qazanan Azərbaycan çempionu bu turnirin də qalibi olarsa, mövsümlük qazancı 23 milyon 982 min avro olacaq..

Qeyd edək ki, dünən “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsinin Bakıda keçirilən cavab oyununda “Braqa”ya 2:3 hesabla uduzsa da, ümumi görüşün nəticəsinə görə 6:5 hesablı qələbə ilə 1/8 finala vəsiqə qazanıb.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR