"Azəriqaz"a edilən müraciətlərin sayı açıqlandı

“Cari ilin yanvar ayı ərzində Birliyin Şikayətlərin Araşdırılması şöbəsinə müxtəlif instansiyalardan, birbaşa vətəndaşlardan opentext proqramı vasitəsi ilə 512, elektron formada isə 1459, ümumilikdə 1971 müraciət daxil olub”.

Metbuat.az-ın məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə görüş zamanı deyib.

O bildirib ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə azalıb:

“"Opentext" proqramı vasitəsi ilə daxil olan müraciətlərdə azalma müşahidə edilir. Müraciətlər əsasən, təzyiqin az olması, hesablanmış ziyanın araşdırılması, güzəştlərin tətbiqi, sayğacın dəyişdirilməsi və sair məsələlər barədə olub. Yanvar ayı ərzində 104 xidmətinə 123 min 349 müraciət daxil olub. Bu, ötən ilin fevral ayı ilə müqayisədə 6828 müraciət azdır. 2024-cü ilin fevral ayının 20-sinə qədər olan məlumata əsasən, 104 xidmətinə 61334 müraciət daxil olub”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR