Azad olunan bu qədər əraziyə qaz xətti çəkilib - Eldəniz Vəliyev

“2024-cü ilin yanvar ayı ərzində “Azəriqaz” İstehsalat Birliyi işğaldan azad edilən torpaqlarımızda, məntəqələrə qədər 11 min 256 metr daşıyıcı qaz xətti çəkilib”.

Metbuat.az xəbər verir ki, bu statistikanı SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.

O qeyd edib ki, Birlik işğaldan azad edilən ərazilərimizdə infrastrukturun formalaşdırılması üçün bütün imkanlardan istifadə edir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR