"Azəriqaz"dan əhaliyə MÜRACİƏT

“Mənzil və fərdi yaşayış evlərində 180 min abonentin texniki müayinəsi həyata keçirilib. Bunun 80 faizindən çoxunda texniki şərtlərdən kənara çıxma halı müşahidə edilib”.

Metbuat.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.

“Təəssüflər olsun ki, ən çox rast gəlinən hal su qızdırıcı cihazların istifadəsində texniki nasazlıqlar, tüstü bacalarındakı problemlər olub. Vanna otaqlarında parametrlərin uyğun olmaması halları da aşkar edilən texniki nasazlıqlara aiddir.

Abonentlərə müraciətimiz odur ki, onlar qaydalara əsaslanaraq, texniki müayinələrin icrasına şərait yaratsınlar. Biz, Nazirlər Kabinetinin təqdim etdiyi qaydalara əsasən bu müayinələri həyata keçiririk. Texniki baxışlarda abonentlərin təhlükəsizliyi əsas üstünlük sayılır. Əgər texniki şərtlərdən kənara çıxma halları müşahidə edilərsə və bunu Birlik aktlara əsasən qeydiyyatını aparmasa, məhsuliyyət SOCAR “Azəriqaz” İstehsalat Birliyinin üzərində qalmış sayılacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR