Azərbaycanın Xalq artistinin nəşi yandırılacaq - FOTO

Almaniyada vəfat edən Azərbaycanın və Tacikistanın xalq artisti Leyla Şərifovanın cənazəsinin yandırılması ilə bağlı Moderator.az-a məlumat daxil olub.

Metbuat.az-ın məlumatına görə, məlumatı dəqiqləşdirmək üçün sayt, ailənin yaxın dostu Əmirəli Qızıllı ilə əlaqə saxlayıb.

“Bilirsiniz ki, Leyla xanım bir neçə gündür Almaniyada dünyasını dəyişib. Düsseldorf şəhərində onunla vida mərasimi təşkil olunub. Dünən nəvəsi Əmir ilə danışdım. Nəvəsi mənə dedi ki, “nənəm vəsiyyət edib ki, məni yandırıb, külümü dənizə səpərsiniz”. Nəvəsi dedi ki, bu nənəmin vəsiyyətidir və onun vəsiyyətini yerinə yetirəcəyik. Azərbaycanda buna reaksiyaların necə olacağını isə artıq bilmirəm” - o bildirib.

Qeyd edək ki, sənətkarın atası izmirli, anası isə azərbaycanlı olub. Leyla Şərifova Bakıda doğulub və bakılı olmasını hər zaman müsahibələrində bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR