Azərbaycanda dolların bahalaşması ilə bağlı vacib AÇIQLAMA

Bir neçə aydır Azərbaycanda əhalinin dollara qarşı alıcılıq qabiliyyəti yüksəlib.

Metbuat.az-ın məlumatına görə, Mərkəzi Bankda keçirilən valyuta hərracında dollara tələb yüksək olub. Hərracda banklar 108,1 milyon dollar dəyərində xarici valyuta alıblar. Mərkəzi Bank tələbin artmasını mövsümi məsələlərlə əlaqələndirsə də, ekspertlər bununla tam razılaşmırlar.

Onlar hesab edirlər ki, prosesin daha dəqiq qiymətləndirilməsi aprel ayında aparıla bilər.

Bəs, artan tələbat dolların məzənnəsinə necə təsir edə bilər?. İqtisadçı Akif Nəsirli düşünür ki, yaxın vaxtlarda dolların məzənnəsinin artacağı gözlənilmir.

"Hazırda Azərbaycanda üzən yox, tənzimlənən məzənnədir. 2026-cı ilə qədər də bu məzənnə dəyişməyəcək. Dolların tənzimlənməsi neftin qiymətinə əsasən aparılır. Əgər neftin qiyməti kəskin dəyişərsə, Mərkəzi Bank qərarında dəyişiklik edə bilər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR