"Rusiyadan uzaqlaşmaq Ermənistanı fəlakətə sürükləyəcək" - Deputat

"Qərb Paşinyanın qarşısında seçim etmək məsələsini tələb kimi qoyub. Ermənistana Qərbin yoxsa Rusiyanın yanında olduğuna qərar verməyini tələb edib. Paşinyan Qərbin dəstəyi ilə hakimiyyətə gəlib. Onu hakimiyyətə gətirəndə, qarşısına ölkəsini Rusiyadan uzaqlaşdırılması və Ermənistana Qərbin mövcudluğunun təmin edilməsi kimi vəzifə qoyulub".

Bu sözləri deputat Azər Badamov Metbuat.az-a açıqlamasında deyib.

O bildirib ki, Almaniyanın təşəbbüsü ilə Münhen Təhlükəsizlik Konfransında, Azərbaycanla münasibətlərin normallaşdırlması ilə bağlı görüşün keçirilməsi Fransa tərəfindən qısqançılqla qarşılanıb.

"Makron Paşinyanı dərhal Parisə çağırıb və Münhen danışqılarına zərbə vuran məsələlərlə bağlı tapşırıqlar verib. Belə ki, Ermənistanı sialhlandırılması, regionda gərginliyin artırılması və hər bir vasitədənən istifadə etməklə Rusiyanı uzaqlaşdıraraq, özlərinin Cənubi Qafqazda hərbi-siyasi mövcudluğunun möhkəmləndirilməsi Fransanın planları arasındadır. Ona görə də, Makronla görüşdən sonra Frans 24-ə verdiyi müsahibədə, Ermənistanın KTMT üzvlüyünün dondurulduğunu, Rusiyanın ötən ilin sentyabrında Ermənistanda dövlət çevrilişinə cəhd etdiyini bildirib. Həm də, İrəvanın Zvartnos hava limanında Rusiya sərhədçilərini çıxartmaqla bağlı məsələni gündəmə gətiribər".

Deputat qeyd edib ki , Qərbin Gürcüstana dəstək verməsi ərazilərin itirilməsi ilə nəticələndi və dəstəyi ilə hakimiyyətə gətirdikləri Saakişivilini həbsxanada tamam yaddan çıxartdılar.

"Qərbin, Ukraynaya dəstək verərək müharibənin qızışmasına yol açması nəticəsində ərazilərini itirir, ölkə dağılmaq üzrədir. Qərbin dəstək verdiyi Ermənistanı da eyni tale gözlədiyini desək yanılmarıq. Fransa bu gün Ermənistanı silahlandırır, Rusiyadan uzaqlaşdırmağa çalışır və Azərbaycanla yenidən müharibəyə təhrik edir. Rusiyadan uzaqlaşmaq cəhdləri Ermənistanı fəlakətə sürükləyəcək. Çünki Rusiya, heç də sadəcə Ermənistandan əl çəkmək fikrində deyil. Ona görə də, ilk növbədə Ermənistana iqtisadi təzyiqlər göstərməyə başlayacaq".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR