​“Bələdiyyəni canlı orqanizmə çevirməliyik” – Fazil Mustafa

“Bu günləri icra hakimiyyəti orqanlarının da səlahiyyətlərinin xeyli hissəsi əllərindən alınıb və konkret olaraq onlar ancaq vətəndaşı qəbul edib yola salma funksiyasına sahibdirlər”.

Metbuat.az xəbər verir ki, bu fikirləri MM-də çıxışı zamanı millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, hazırda icra hakimiyyəti orqanlarının hər hansısa bir şəkildə də ayrıca xüsusi fondları və başqa imkanları da yoxdur ki, vətəndaşların şikayətlərini təmin edə biləcək görə bilsinlər.

Fazil Mustafa qarşıdan gələn bələdiyyə seçkiləri barədə danışaraq qeyd edib ki, bələdiyyəni canlı orqanizmə çevirmək vacibdir:

“Çünki bələdiyyə olmasa, yerli problemlərin üst-üstə qalanmasının yenə də şahidi olacaq. Hədsiz mərkəzləşmə bələdiyyələrin müəyyən dərəcədə öz funksiyasını həyata keçirməyinə kifayət qədər əngəl yaradır. Bələdiyyələrin yaranmasının 25 il tamam olur, amma real bir bələdiyyə funksiyasını həyata keçirən qurum göstərmək xeyli çətindir.Konkret olaraq bələdiyyələrin hansı işi görmə səlahiyyətləri var,bu istiqamətdə danışılmır. Digər tərəfdən, bələdiyyələr yerli məsələlərdə vətəndaşa çevik xidmət göstərə bilirlər. Aylarla gözləmirlər ki, mərkəzdən qərar qəbul olunsun, hansısa yol çəkilsin, hansısa kommunal xidmətlər həyata keçirilsin. Bələdiyyələr kiçik və orta sahibkarlığın inkişafına ən çox dəstək verən qurumlardır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR