Mbappe transferi elan edildi

Kilian Mbappenin "Real Madrid"ə keçidi böyük ölçüdə başa çatıb.

Metbuat.az xəbər verir ki, La Liga prezidenti Xavyer Tebas belə açıqlama verib. Tebas "Real Madrid"in maliyyə məsələlərinin yaxşı olduğunu və paytaxt komandasının Mbappeni transfer etmək üçün heç bir oyunçu satmaq məcburiyyətində olmadığını bildirib.Tebas Mbappe transferinin İspaniya futbolu və “Real Madrid” üçün əhəmiyyətli olduğunu bildirib.

"PSJ-dən ayrılacağı üçün onun “Real Madrid”ə imza atma ehtimalı 99 faizdir. Ancaq bu transferin daha əvvəl tamamlanıb-tamamlanmadığını bilmirəm. O, dünyanın ən yaxşı oyunçularından biridir. Dünyanın ən yaxşı ən yaxşı üç oyunçudan ikisi "Real Madrid"dədir" - Tebas deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR