Zakirlə Qriqoryan 40 il sonra Xankəndidə görüşdü - VİDEO

Xankəndidə azərbaycanlı və erməni tanışlar təsadüfi görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə görüntülər “İTV Xəbər Yekun”da yayımlanıb.

Bildirilib ki, onlar bir-birini düz 40 il əvvəl görüblər.

Zakir Həsənov aptekdə əczaçı işləyərkən Mişa Qriqoryan tez-tez ondan dərman alıb. Sonra ermənilərin təcavüzü nəticəsində Xankəndinin azərbaycanlı sakinləri yurdlarından uzaq düşüblər.

İllər sonra Xankəndiyə qovuşan azərbaycanlılar öz evlərini, iş yerlərini axtarırlar. Bu səfərlər zamanı həm də erməni tanışlarla təsadüfi görüş yaşanır.

Həmin görüntüləri təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR