Zelenskinin səfəri Rusiya-Ermənistan münasibətlərinə mənfi təsir göstərəcək - Politoloq

"Zelenskinin Ermənistana səfər etməsi Rusiya-Ermənistan münasibətlərinə mənfi təsir göstərəcək. Bu fakta qədər Rusiya-Ermənistan münasibətləri heç də fəxr ediləsi səviyyədə deyildi. Zelenskinin səfəri, Ermənistanın son günlər Rusiyaya qarşı atdığı addımların fonunda elə də ciddi sayıla bilməz"

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

O bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfərinə moratorium qoyulması ərəfəsində Ukrayna prezidentinin səfər etməsinin psixoloji aspektləri var.

"Bu səfər, məhz həmin aspektdən qiymətləndirilməlidir. Putin Ermənistana gələ bilmir. Onun Ermənistanda həbs edilmək təhlükəsi var. Amma Putinin düşməni Zelenski üçün bu ölkənin qapıları açıqdır. Səfərin Rusiya-Ukrayna müharibəsinə ciddi təsir edəcəyini də gözləmək mümkün deyil. Çünki Ermənistan bu gün Ukraynaya heç bir formada yardım etmək imkanlarına malik ölkə deyil. Zelenskinin səfəri, Paşinyana Qərbdə olan ağalarının yanında müəyyən dividentlər gətirə bilər. Bununla o, Fransa və Amerika ilə nə qədər yaxın olmasını nümayiş etdirmək istəyir".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR