"Xocalını bizə Çingiz göstərdi" - Aparıcı efirdə ağladı / VİDEO

"Xocalı adı gələndə unudulmaması laızm olan bir ad var: Milli qəhrəman Çingiz Mustafayev. Xocalını bizə Çingiz göstərdi, oradakı körpələri tarixə çevirdi. Azərbaycan xalqının igid oğlu Çingiz, hər birimiz üçün tarix oldun".

Metbuat.az xəbər verir ki, bu sözləri "İncə səhər" veirlişində aparıcı Vüsalə Əlizadə deyib.

O, efirdə kövrəldiyi anları instaqramda paylaşaraq bunları qeyd edib:

"Xocalını bütün dünyaya göstərən Çingiz, gəl. İndi bax Xocalıya. Uşaq-böyük, qadın-kişi demədən qanımızı töküb, ürəyimizə dağ çəkən düşməni, bir güllə belə atmadan çıxardıq Xocalıdan! 30 illik həsrətimizin acısı, xofu qorxutdu cılız düşməni! Bu gün Xocalıda üzü qandan qaysaq tutan çiçəklər bir başqa açır, Çingiz. Xocalıya qar bu gün bir başqa yağır, Xocalı müsibətinə şahid olan Kətik meşəsi gizlətdiyi körpələrin oğullu-qızlı yolunu gözləyir. Xocalıda Azərbaycan bayrağı dalğalınır. Dünya Xocalıya ədalət vermədi, amma bir gün buna da nail olacağıq. Unutmadıq, unutdurmayacağıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR