Bakıda binanın damında dəhşət, polis hərəkətə keçdi - VİDEO

İti təpikləyir, ona yemək, su vermir, bu azmış kimi yağışda, qarda saxladığı bildirilir.

Görüntülər yaxınlıqda yerləşən binanın sakinləri tərəfindən çəkilib. Onlar iddia edir ki, videodakı şəxs itləri binanın damına çıxarır və orada heyvanlara işgəncə verir.

Hadisə şahidlərinin sosial şəbəkələrdə yazdıqlarına görə, həmin şəxs hər dəfə binanın damına müxtəlif cins itlər çıxarır. Birinə işgəncə verib öldürdükdən sonra, başqa bir it gətirib eyni əməlləri ona qarşı tətbiq etdiyi iddia edilir.

Hüquqşünas Emil Aslanov deyir ki, İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində heyvanlarla rəhmsiz rəftar edilməyə görə məsuliyyət nəzərdə tutulub.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan bu görüntülərdən sonra məsələ dərhal polis tərəfindən nəzarətə götürülüb. Faktla bağlı araşdırma aparılır.

Ətraflı Xəzər TV-nin süjetində:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR