Qvardiola "Qarabağ"ın rəqibindən danışdı - "Favoritdilər"

“Bayer 04” Avropa Liqasını qazana bilər.

Metbuat.az xəbər verir ki, bunu “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola Almaniya təmsilçisi “Bayer 04”ün cari mövsümdəki çıxışını dəyərləndirərkən deyib.

İspaniyalı mütəxəssisin fikrincə, leverkuzenlilər Almaniya Bundesliqasının da əsas favoritidir: “Xabi Alonso fantastik iş görür. “Bayer 04” mövsümün məğlubiyyətsiz yeganə komandasıdır. Hazırda mövsümün ən vacib hissəsidir. İndidən çempion olacaqlarını düşünsələr, hər şeyi itirə bilərlər”.

Qeyd edək ki, “Bayer 04” 2023/2024 mövsümündə məğlub olmayıb. Almaniya təmsilçisi UEFA Avropa Liqasının 1/8 finalında “Qarabağ”la qarşılaşacaq. Komandalar arasında ilk oyun martın 7-də Bakıda, cavab görüşü bir həftə sonra Leverkuzendə keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR