Bitkoinin kəskin bahalaşmasına səbəb nədir? - AÇIQLAMA

"Fevralın 27-si bitkoin son 3 il ərzində ilk dəfə olaraq 57 min dollarlıq həddi keçərək, "Binance" birjasında 57.073 dollara qədər dəyər qazanıb. Hazırda isə bitkoin 1.1 trilyon dollar bazar kapitalizasiyası ilə 56.100 dollar ətrafında ticarət edilir. Bitkoinin qiymətinin artmasına təsir edən bir sıra amillər var".

Bu sözləri Metbuat.az-a açıqlamasında kriptovalyuta üzrə ekspert Elnur Quliyev deyib. Onun sözlərinə görə, korporativ şirkətlərin bitkoinə olan kəskin tələbətı və kriptovalyuta bazarına əlavə kapitalın daxil olması bitkoinin qiymətinin artmasına səbəb olub.

Ekspert bilidirib ki, texniki analizə əsasən bitkoin yeni “buğa dövrü”nə daxil olur.

"Bitkoinin tarixi, maksimum qiymət səviyyəsi olan 69 min ABŞ dollarına qədər artımını hədəflədiyini müşahidə edirik. Lakin hesab edirəm ki, bitkoin yaxın zamanda 57.880 və 58.200 dollarlıq hədəfləri keçməlidir ki, növbəti tarixi maksimum qiymətini yeniləyə bilsin. Bundan əlavə, qorxu və xəsislik indeksi (Fear & Greed Index) hazırda 79 səviyyəsindədir və bu faktor investorlar arasında yüksək səviyyədə alış təzyiqi olduğunu göstərir. Adətən bu göstərici 90 baldan çox olduqda, iri investorlar satış edərək qazanclarını fiksə edirlər. Çünki "həddindən artıq acgözlük", adətən qiymətlərin düşməsi ilə müşayiət olunur".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR