Azərbaycanın bu bölgəsində qaz kəsiləcək - XƏBƏRDARLIQ

Sumqayıtda 38 500 abonentin qaz təchizatında fasilə yaranacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.

Bildirilib ki,Sumqayıt şəhəri “Şəhər-4” təzyiqli qaz kəmərində “Təmiz Qaz” QSC tərəfindən aşkarlanmış qaz sızmalarının aradan qaldırılması və d-200 mm-lik RDUK baypas xətlərinin d-108 mm-likdən 159-mm-lik boru ilə əvəzlənməsi əlaqədar olaraq fevralın 28-də saat 10:00-dan etibarən işlər yekunlaşana qədər Sumqayıt şəhərinin Corat bağları, Novxanı bağları, Saray bağları, Ceyranbatan, Yaşıl dərə yaşayış massivi, Qurd dərəsi, Novruz qəsəbəsi, Təzə və köhnə Corat, 10, 11, 12, 13, 16, 17, 18, 20, 21-ci mikrorayonlar, 47, 48, 49, 50, 51, 52-ci məhəllə ərazilərinin 38 500 sayda əhali abonentinin qaz təminatında məhdudiyyətlər yaranacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR