Reyhanın mövüzəvi faydaları - Bu dərdlərin çarəsidir

Süfrələrin bəzəyi olan reyhan bitkisinin Azərbaycan mətbəxində öz yeri var. Çox hallarda göyərti kimi yeməklərin yanında və ya salatların, yeməklərin tərkibinə vurulan bu bitki ədviyyat olmaqla yanaşı, həm də bir çox dərdin də dərmanıdır.

Metbuat.az xarici mediaya istinadən reyhanın faydalarını təqdim edir:

- İmmunitet sistemini gücləndirərək xəstəliklərə qarşı müqaviməti artırır.

- Mədə turşusunu tənzimləyir və həzmsizlik kimi problemləri həll etməyə kömək edir.

- Orqanizmdə yığılan ödemin aradan qaldırılmasını təmin edir.

- Baş ağrılarına təsir göstərir.

- Öskürəyə xeyirlidir.

- Mədə xəstəliklərinə müalicəvi təsir göstərir.

- Bulantı problemi olan insanlara rahatlıq verir.

- Bağırsaqlardakı parazit və bakteriyaları azaldır.

- Sinir sisteminə xeyirlidir.

- Dəri sağlamlığı üçün faydalıdır.

- Antibakterial xüsusiyyətə malikdir.

- Migren kimi ağrı vəziyyətlərində ağrıları aradan qaldırmağa kömək edir.

- Bronxları təmizləyir.

- Tərkibindəki tanin və flavon ilə xərçənglə mübarizədə aktiv rol oynayır.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR