4-cü dəfə ailə quran Ebru barədə qalmaqallı iddia - VİDEO

Müğənni Ebru Gündeşin 4-cü dəfə ailə həyatı qurması bir çox müzakirələrə səbəb olub.

Metbuat.az Olay.az-a istinadən xəbər verir ki, sənətçinin Murat Osman Özdemir ilə o, evli ikən münasibətə başladığı iddia edilir.

Belə ki, cütlük 2 il əvvəl tanış olub gizli görüşməyə başlayıblar. Özdemirin xanımı Selin Kabaklı bu görüşlərdən xəbər tutduqdan sonra onlar münasibətlərini bitiriblər. Murat xanımının yanına qayıdıb. Gündeş isə bir müddət sonra iraqlı Rassan Khosnavla eşqə başlayıb.

Ağlı hələ də Ebruda qalan Murat 2023-cü ilin iyulunda həyat yoldaşını sənəd üzərində boşanmağa razı salıb. Bu günlərdə 2-ci dəfə nikah masasına oturacaqlarını düşünən Selin Kabaklı yenidən xəyanət xəbəri alıb. Ebru və Murat artıq münasibətlərini rəsmiləşdiriblər.

“İlahi ədalət deyə bir tərəzi var. Əsla yanılmaz. Heç kimin haqqı heç kimdə qalmaz. Qəlbi qırılan səbir etsin”, - deyə, Selin sosial media hesabında paylaşım edib.

Qeyd edək ki, Murat Osman Özdemir 2 dəfə evli olub, Selin Kabaklı ilə evliliyindən 1 qızı var. Ebru Gündeş isə daha öncə 3 dəfə ailəli olub, azərbaycanlı iş adamı Reza Zerrabdan qızı dünyaya gəlib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR