“Fənərbaxça” Türkiyə Kubokunda mübarizəni dayandırdı

Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinə start verilib.

Metbuat.az xəbər verir ki, açılış oyununda "Fənərbağça" "Ankaragücü"nün qonağı olub. Rəqibinə 0:3 hesabı ilə uduzan İstanbul təmsilçisi turnirlə vidalaşıb. Meydan sahiblərinin heyətində qolları Olimpiu Morutsan, Anastasios Çatzicovannis və Geri Rodriges vurublar.

Qeyd edək ki, Türkiyə Kubokunun son qalibi məhz "Fənərbağça" klubu olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR