Manatın devalvasiyası ilə bağlı mühüm AÇIQLAMA

"Manatın taleyi ilə bağlı Mərkəzi Bankın verbal intervensiyasına ehtiyac var. Çünki, dollara olan tələbin artması, təkcə manata olan təzyiqi artırmaqla bitmir. O həm də iqtisadi aktivliyi aşağı salır. Sadəcə dildə desək, insanlar devalvasiya təhlükəsi hiss etdiyi üçün xərcləməli olduqları pulu xərcləmir, dollara çevirib saxlamağa üstünlük verir. Hələ üstəgəl manatla olan əmanətlərini də dollara çevirməyə çalışır. Bu, zəngirvari şəkildə dollar tələbini artırır, manatı sıxır, aktivliyi öldürür".

Metbuat.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirb ki, bu durum iqtisadiyyatın bir çox sektorlarına ciddi mənfi təsir edir.

"Əgər 2024-cü ildə devalivasiyanın olmayacağına dair Mərkəzi Bankda əminlik varsa, o zaman bir yumşaq verbal intervensiya ilə psixoloji gərginliyi azalda bilər".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı