Bu bitki qırışları yox edir, sızanaqları təmizləyir

Bəzi mənbələrə görə, Aloe Veranın istifadəsi qədim dövrlərə gedib çıxır. Qədim Misirdə yanıqlarda, infeksiyaların müalicəsində və parazitar xəstəliklərin müalicəsi üçün istifadə edilib. Bundan başqa, gözəlliyi ilə məşhur olan Kleopatranın Aloe Vera ilə etdiyi masajlarla dərisinin hamarlığını qoruduğu deyilir.

Metbuat.az xarici mediaya istinadən Aloe Veranın faydalarını təqdim edir:

- Antioksidan təsiri ilə infeksiyaların yayılmasının qarşısını alır.

- Antibakterial xüsusiyyətləri ilə yaraları sağaldır.

- Qırışları aradan qaldırır, sızanaqları təmizləyir.

- Qan şəkərini balanslaşdırmağa kömək edir.

- Qan təzyiqini aşağı salır.

- Aloe vera geli günəş yanığı nəticəsində yaranan iltihabı aradan qaldırır.

- Qıcıqlanmış bağırsaq sindromu üçün potensial müalicədir.

- Aloe vera geli ilə saç və baş dərisini nəmləndirmək mümkündür.

- Xərçəng yaralarının sağalmasına kömək edir.

- Bədəndə mineralları və vitaminləri saxlayır.

- Ürək-damar sağlamlığı üçün faydalıdır.

- Qan dövranını sürətləndirir və damarların tıxanmasının qarşısını alır.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı