Arda Ançelottiyə əsəbləşib - "Real"dan gedir

“Real Madrid”in futbolçusu Arda Gülerin klubda xoşbəxt olmadığı irəli sürülüb.

Metbuat.az xəbər verir ki, baş məşqçi Karlo Ançelottinin ona gözlənilən vaxtı vermədiyi üçün Arda Gülərin depressiyaya düşdüyü bildirilir. “AS” qəzetinin xəbərinə görə, Arda Güler istedadını ortaya qoya bilmədiyi üçün komandada özünü xoşbəxt hiss etmir. Bildirilib ki, Arda Güler “Sevilya” ilə oyuna girmək ərəfəsində Karlo Ançelottinin onu yenidən ehtiyat oyunçular skamyasına göndərməsinə əsəbləşib.

İspaniya mətbuatı Arda Gülerin mövsümün sonunda “Real Madrid”dən ayrılma ehtimalının artdığını bildirib. “Real Madrid”in Arda Güleri daha çox oyun keçirə biləcəyi komandaya icarəyə göndərməyi düşündüyü bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR