Xankəndi - Bakı ultra marafonu start götürüb - FOTO

Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi Xankəndi - Bakı ultra marafonu start götürüb.

Metbuat.az xəbər verir ki, iştirakçılar “Qürurla irəli” şüarı ilə ilk dəfə keçirilən yarışa Xankəndidə start veriblər.

Ultra marafon iştirakçıları Xankəndi - Yevlax (83 kilometr), Yevlax - Ucar (84 kilometr), Ucar - Hacıqabul (88 kilometr), Hacıqabul - Qobustan (70 kilometr) və Qobustan - Bakı (55 kilometr) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar. Ultra marafon iştirakçıları 380 kilometr məsafə qət edəcəklər.

Ultra marafonda ümumilikdə 64 idmançı mübarizə aparır. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR