Pulumuzu manatda, yoxsa dollarda saxlayaq? - AÇIQLAMA

"Manatın taleyi ilə bağlı Mərkəzi Bankın verbal intervensiyasına ehtiyac var".

Metbuat.az xəbər verir ki, bu sözləri Moderator.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

"Çünki dollara olan tələbin artması təkcə manata olan təzyiqi artırmaqla bitmir. O həm də iqtisadi aktivliyi aşağı salır. Sadə dildə desək, insanlar devalvasiya təhlükəsi hiss etdiyi üçün xərcləməli olduqları pulu xərcləmir, dollara çevirib saxlamağa üstünlük verir. Hələ üstəgəl manatla olan əmanətlərini də dollara çevirməyə çalışır. Bu zəncirvari şəkildə dollar tələbini artırır, manatı sıxır, aktivliyi öldürür.

Bu durum iqtisadiyyatın bir çox sektorlarına ciddi mənfi təsir edir. Buna görə də əgər 2024-cü ildə devalivasiyanın olmayacağına dair Mərkəzi Bankda əminlik varsa, o zaman bir yumşaq verbal intervensiya ilə psixoloji gərginliyi azalda bilər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR