Azan hərbiçimizə qarşı saxta ittihamlarla cinayət işi başlanıb

Ermənistanda Azərbaycan Ordusunun hərbçisinə qarşı bir neçə uydurma ittihamla cinayət işi açılıb.

Metbuat.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ruslan Pənahov haqqında Ermənistan İstintaq Komitəsi təxribata cəhd, irqi və dini dözümsüzlük zəminində adam öldürməyə cəhd, qanunsuz olaraq odlu silah və döyüş sursatı gəzdirmə və daşıma, qaçaqmalçılıq yolu ilə odlu silah və döyüş sursatı keçirmə maddələri ilə cinayət işi açıb.

Verilən məlumata görə, Ruslan Pənahov müstəntiqin qərarı ilə həbs olunub. Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR