Emin Əmrullayev qızılca ilə bağlı çağırış etdi

Son aylar ərzində ümumi təhsil müəssisələrində qızılca xəstəliyinə yoluxmanı ciddi izləyirik.

Metbuat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, xəstəliklə əlaqəli məktəblərin fəaliyyətinin dayandırılması və onlayn rejimə keçirilməsi məqsədəuyğun deyil:

"Valideynləri vaxtında övladlarını vaksinasiya etdirməyə çağırıram. Çünki vaksin qızılcaya yoluxmanın qarşısını alır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR