Bu bitki saç tökülməsini azaldır, gözləri qoruyur

Gicitkən bitkisinin bir çox faydaları mövcuddur. Antioksidant və antimikrobiyal xüsusiyyətlərə malik olan bitkinin tərkibində dəmir, histamin, C vitamini, xlorofil və asetilkon var.

Metbuat.az xarici mediaya istinadən gicitkənin faydalarını təqdim edir:

- Tərkibində C və A vitaminləri olduğu üçün orqanizmi toksinlərdən təmizləyir.

- Orqanizmdə zərərsizləşdirilən toksinlərin atılmasında böyük rol oynayır.

- Böyrək, sidik kisəsi və öd kisəsində əmələ gələn qum və daşların asanlıqla çıxarılmasını təmin edir.

- Böyrək daşlarının əmələ gəlməsinin də qarşısını alır.

- Sidikqovucu xüsusiyyətləri sayəsində sidik kisəsini ödem və infeksiyadan qoruyur.

- Onun toxumu lens sistemini stimullaşdırır; Böyrəklərdən artıq toksinləri çıxarmağa kömək edir.

- Tərkibindəki yüksək C vitamini və dəmir sayəsində qırmızı qan hüceyrələrinin əmələ gəlməsini sürətləndirir.

- Qanın təmizlənməsinə kömək edir, qan azlığını və xroniki yorğunluğu da aradan qaldırır.

- Tərkibindəki karotenoid sayəsində göz sağlamlığını da qoruyur.

- Tədqiqatlar göstərir ki, prostat xərçənginə xeyirlidir.

- Ürək-damar sağlamlığının qorunmasında və sümüklərin möhkəmlənməsində mühüm rol oynayır.

- O, həmçinin diş əti qanamasının və iltihabının qarşısını alır.

- Bitkinin 100 qramında 80 qram su olduğu üçün sidikqovucu funksiyanı da yerinə yetirir.

- Astma və saman qızdırması kimi yuxarı tənəffüs yollarının xəstəliklərini aradan qaldırır.

- Saç tökülməsini azaldır.

- Dəri sağlamlığı üçün də çox faydalı olan bitki sızanaq əmələ gəlməsinin qarşısını alır.

- İshal və ürəkbulanmaya yaxşı təsir edən bitki artrit, revmatizm və oynaq ağrılarını da xeyli azaldır.

- Bağırsaqların nizamlı işləməsinə kömək edir.

- Sidikqovucu xüsusiyyətləri ilə tanınır və maddələr mübadiləsini sürətləndirən təsir göstərir.

- Ağız qoxusunu aradan qaldırır.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR