Putin Rusiyanın super silahlarından danışdı: "Tezliklə ordu..."

Rusiya ordusu xüsusi əməliyyat zamanı döyüşlərdə “Kinjal” və “Zirkon” hipersəs raketlərindən istifadə edib.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu açıqlamanı Rusiya prezidenti Vladimir Putin edib.

“Kinjal” hipersəs aviasiya kompleksi nəinki istifadəyə verilib, həm də xüsusi hərbi əməliyyat zamanı vacib hədəfləri məhv etmək üçün yüksək səmərəliliklə istifadə olunur. “Zirkon” hipersəs zərbə kompleksinin döyüşdə də istifadə olunduğunu deyən prezident vurğulayıb ki, sistem işlək vəziyyətdədir” .

Putin bildirib ki, Rusiya Federasiyası tezliklə “Sarmat” raketlərini döyüş növbətçiliyində nümayiş etdirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR