"Real" Arda ilə bağlı istədiyi təklifi aldı - Bu kluba gedir

“Real Madrid” Arda Gülerlə bağlı yeni təklif alıb.

Metbuat.az xəbər verir ki, klub əsas heyətdə yer ala bilməyən Ardanı icarəyə göndərməyi nəzərdən keçirir. İspaniya mediasının məlumatına görə, “Las Palmas” klubu Arda ilə bağlı “Real”a diqqətçəkən təklif irəli sürüb. “Las Palmas” Arda Gülerə komandada mühüm rol verməyi təklif edib. “Las Palmas” Ardaya əsas heyətdə oyun zəmanəti verib. Məlumata görə, “Real” Ardanı başqa ölkəyə göndərməkdənsə İspaniyada qalaraq onun yaxından izləməyə üstünlük verir.

“Real” Ardanın ölkəyə uyğunlaşmasını təmin etmək və lazımi təcrübə qazanmasını istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR