Ardanın səbri daşdı - Ançelottiyə əsəbləşib

"Real Madrid"in futbolçusu Arda Güler Karlo Ançelotti ilə görüşüb.

Metbuat.az xəbər verir ki, Arda Güler son vaxtlar meydanda olmaq istəsə də, məşqçisi Ançelotti ona müntəzəm oynamaq şansı vermir. Daha çox oyun şansı istəyən Arda bu məsələ ilə bağlı italyan məşqçisi ilə görüş keçirib. “Defensa Central”da yer alan xəbərə görə, görüşdə Ardanın şəxsi fitnes məşqçisi Antonio Pintus da iştirak edib. Məlumata görə, Arda ilə yaxından maraqlanan Pintus gənc futbolçunun fiziki vəziyyəti ilə bağlı italyan məşqçiyə hesabat verib. Karlo Ançelotti Arda Gülerin bacarığına güvəndiyini və onun fiziki baxımdan yaxşı vəziyyətdə olduğunu bildirib.

Bununla belə, Ançelotti ulduz futbolçunun daha çox fiziki inkişafa ehtiyacı olduğunu vurğulayıb. Digər tərəfdən Ardanın oynamaq şansı tapmaqda çətinlik çəkdiyi üçün depressiyaya düşdüyü bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR