Berlin "Qafqazda mən də varam" dedi, Paris isə...

"Almaniyanın Azərbaycan və Ermənistan arasında vasitəçiliyi və artan fəallığı sülh danışıqlarında irəliləyişə səbəb olmasa da, bunun Fransanın prosesdən kənarlaşması baxımından ölkəmiz üçün əhəmiyyəti var".

Metbuat.az xəbər verir ki, bu sözləri açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Fransanın ermənipərəst mövqeyi bu ölkənin Azərbaycanla Ermənistan arasında vasitəçiliyinə əngəldir, rəsmi Bakı Parislə bu sahədə əməkdaşlıqdan imtina edib:

"Bu isə öz növbəsində Almaniyanın işinə yarayıb. Berlin “Cənubi Qafqazda mən də varam” deməklə həm Fransanın kənarlaşmasında rol oynayıb, həm də gələcəkdə Azərbaycan və Mərkəzi Asiyanı əhatə edən regional layihələrdə faydalanmaq üçün imkan qazanıb. Rəsmi Bakı Berlinin təşəbbüslərində iştirak etməklə Almaniyanın Fransadan ön plana keçməsinə dəstək vermiş olur. Əlbəttə, Parisin İrəvanın əli ilə Berlinin vasitəçiliyinə pozuculuq elementləri gətirməsi istisna deyil. Buna baxmayaraq, İrəvan hələ ki, Berlinin vasitəçiliyindən imtina etməyib".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR