Texniki müayinələr hansı halda ödənişli ola bilər? - AÇIQLAMA

“Vətəndaş mənzildə olmadığı halda texniki müayinə üçün ödənişli əsaslarla mənzilinə qaz təssərüfat işçilərini çağıra bilər”.

Metbuat.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələrinin suallarını cavablandıran zaman deyib.

“Qanuna müvafiq şəkildə “Azəriqaz” İstehsalat Birliyi texniki müayinəni keçirdir. Əgər ikinci dəfə zərurət yaranarsa, vətəndaş sifariş edərsə, bu da ödənişsiz olacaq. Amma üçüncü dəfə bu xidmət ödənişli ola bilər”.

“Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi (SƏTƏM) və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov isə qeyd edib ki, adətən kənd yerlərində Birliyin işçisi ilə vətəndaş arasında müəyyən vaxt məsələsi ilə bağlı razılaşma yarana bilər. Əgər əlaqə yaranarsa güzəşt edilərsə, “Azəriqaz” İstehsalat Birliyi buna qarışan deyil.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı