Baş həkim və arvadının qətlinin təfərrüatı bəlli oldu

Bu gün səhər saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qətlə yetirilən 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı xüsusi amansızlıqla öldürülüb.

Metbuat.az-ın əldə etdiyi məlumata görə, ər-arvadın meyiti yaşadıqları evin həyətində aşkarlanıb. Naməlum şəxs və ya şəxslər ərlə arvadın başını kəsib evin bağ sahəsinə atıblar.

Məlumata görə, İ. Məmmədov imkanlı şəxslərdən olub. Onun yaşadığı kənddə və Salyan rayonu ərazisində hektarlarla istixana sahəsi var imiş. Sabiq baş həkim meyvə-tərəvəzin topdan satış biznesi ilə məşğul olurmuş. Ailənin bir övladı Bakıda həkim, iki övladı isə müəllimdir. Ər-arvad övladlarından ayrı-kənddə yaşayırlarmış.

Xatırladaq ki, bu gün səhər saat 10:30 radələrində Salyan rayonunun Kərimbəyli kəndində qətlə yetirilən 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR