Millimizin üzvləri beynəlxalq turnirdə iki medal qazandılar

Azərbaycan stolüstü tennisçiləri Əlcəzairdə keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində 2 medal qazanıblar.

Metbuat.az xəbər verir ki, milli üzvlərindən Onur Quluzadə və Yağmur Məmmədli fəxri kürsüyə qalxıblar.

13 yaşadək idmançıların mübarizəsində qrup mərhələsini inamla adlayan Onur Quluzadə ardınca digər rəqiblərini də yolundan kənarlaşdıraraq finala yüksəlib. Həlledici görüşdə Səudiyyə Ərəbistanı idmançısına da qalib gələn Onur yarışın qızıl medalına layiq görülüb.

Eyni yaş qrupunda bacarığını göstərən Yağmur Məmmədli qrupda rəqiblərini üstələdikdən sonra növbəti mərhələlərdə də inamlı çıxış sayəsində finala adlayıb. Son qarşılaşmada isə Özbəkistan təmsilçisinə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR