Bələdiyyələrin sayı 2/3 qədər azalacaq - RƏSMİ

Bələdiyyələrin sayı 2/3 qədər azalacaq.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, bələdiyyələrin vahid modeli yaranacaq ki, bu da həm bələdiyyələrin torpaq sahələrinin artmasına, maliyyə vəziyyətinin yaxşılaşmasına səbəb olacaq.

"Bələdiyyələrin sayının azaldılması onların problemlərinin həll olunmasında rol oynayacaq. Biz müşahidə edirik ki, bir bələdiyyənin torpağı var, birinin suyu və s. Bunların birləşməsi ilə daha məhsuldar fəaliyyət olacaq", - deyə S.Novruzov bildirib.

Komitə sədri qeyd edib ki, misal olaraq, Xınalıq, Lahıc, Laza kəndləri: “Bu cür kəndlərdə özlərinin xüsusiyyətləri, iqtisadiyyatları və s. formalaşıb. Qalan hallarda bələdiyyələr birləşəcək. Bələdiyyələr var ki, suyu var, torpağı yoxdur. Yaxud örüş yeri var, torpaq sahəsi yoxdur. Bundan başqa, 5 kənd var ki, cəmi bir qəbiristanlığı var. Odur ki, belə kəndlərin bələdiyyələri birləşdirilərək vahid model yaranacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR