Baş həkim və arvadının qətlə yetirildiyi yerin görüntüləri - FOTO

Bu gün səhər saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qətlə yetirilən sabiq baş həkim, 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın öldürüldüyü yer məlum olub.

Metbuat.az-ın məlumatına görə, naməlum şəxs və ya şəxslər ər-arvadı qətlə yetirərək evin həyətindəki bağa - kiçik istixanaya atıblar.

Xatırladaq ki, martın 1-də səhər saat 10:30 radələrində Salyan rayonunun Kərimbəyli kəndində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Metbuat.az-a verilən məlumata görə, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür. Hələlik qətli törədən şəxs və ya şəxslər məlum deyil.

Metbuat.az qətl hadisəsi törədildiyi ərazinin görüntülərini əldə edib. Həmin görüntüləri təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR