Sumqayıtda baş verən qətlin təfərrüatları

Sumqayıtda baş verən qətlin təfərrüatları məlum olub.

Metbuat.az xəbər verir ki, hadisəni törədən, Sumqayıt sakini Ceyhun Rzayevin oğlu Nihad Rzayev hadisə atası ilə anasının boşanması üstündə baş verib.

Belə ki, C. Rzayevlə həyat yoldaşı bu gün məhkəmə qərarı ilə rəsmi boşanıb: "Məhkəmədən qayıtdıq, atam zəng elədi dayıma ki, gəl söhbət edək. Dayımla mən gəldik evin yaxlnlığına, atam dayımı vurdu. Sonra da bıçaqladı. Dayımı xəstəxanaya çatdırdıq, orada öldü".

N. Rzayev bildirib ki, hadisədən sonra C. Rzayev iki stəkan essensoal turşusu içərək intihara cəhd edib.

C. Rzayev xəstəxanaya yerləşdirilib

***

Martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində 1981-ci il təvəllüdlü Nicat Salahovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, araşdırma zamanı 1976-cı il təvəllüdlü Ceyhun Rzayevin ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla qaynı Nicat Salahova xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra kimyəvi məhlul içərək özünü öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Ceyhun Rzayev saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR