"Real"da üsyan - Futbolçular Ançelottidən niyə narazıdır?

"Real"ın bəzi futbolçuları komandanın baş məşqçisi Karlo Ançelottidən narazıdır.

Metbuat.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb. Madrid klubunun bir neçə futbolçusu komandada oyun müddətinin azaldılmasından narazıdır. Xüsusilə, bu mövsüm daha çox oyun vaxtı alacağını gözləyən Luka Modriç "Real"dan mövqeyindən məmnun deyil. Arda Güler, Naço Fernandes, Nikolas Pas və Kepa Arrisabalaqa da özlərini klubda narahat hiss edirlər.

"Real" hazırda La Liqada 26 turdan sonra 65 xalla liderdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR