Türkiyə Putinin səfərinə hazırlaşır - "İstanbul masası" aktivləşəcək?

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıq gedir.

Metbuat.az "TASS"a istinadən bildirir ki, tərəflər hələlik səfərin vaxtı ilə bağlı razılığa gəlməyiblər. "RİA Novosti" agentliyi isə yazır ki, hazırlıq prosesi aparılsa da, vaxtın barədə dəqiq məlumat yoxdur.

Fevralın 26-da Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya lideri yaxın gələcəkdə Türkiyəyə səfər etməyi planlaşdırmır. Onun sözlərinə görə, martda keçirilməsi planlaşdırılan seçkilərdən əvvəl belə bir səfər baş tuta bilməz.

Qeyd edək ki, yaxın günlərdə Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək onu 70 illik yubileyi münasibətilə təbrik edib. Martın 2-də “Aydınlıq” qəzeti yazıb ki, Rəcəb Tayyib Ərdoğanla Suriya prezidenti Bəşər Əsəd arasında danışıqların tezliklə Moskvada keçirilə bilər. Jurnalistlər danışıqların yekun tarixinin və detallarının Vladimir Putinin Türkiyəyə rəsmi səfəri zamanı razılaşdırılacağını istisna etməyiblər.

Siyasi analitiklərin fikrincə, Rusiya və Türkiyə liderləri arasında baş tutacaq görüşlərdə taxıl dəhlizi, iqtisadi münasibətlər, eyni zamanda Rusiyanın işğal edərək özünə birləşdirdiyi Ukrayna ərazilərinin taleyi barədə müzakirələr aparıla bilər.

Xatırladaq ki, bir müddət əvvəl Ərdoğanın Ankaranın vasitəçiliyi ilə Moskva ilə Kiyevi barışdıra bilməməsi səbəbləri barədə danışmışdı.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı